Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
312
13.04.2025, 12:55
Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Bakıda səfərdə oldular.
Prezident Frank-Valter Ştaynmayer və birinci xanım Elke Büdenbender Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak etdilər, İçərişəhəri gəzdilər, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertə baxdılar.
Frank-Valter Ştaynmayer Bakıda verdiyi bəyanatda "Qarabağ Azərbaycan ərazisidir" deməklə erməniləri də məyus etdi.
Modern.az saytı ölkəmizdən xoş təəssüratla gedən alman prezident və onun xanımı ilə bağlı maraqlı bir məlumatı təqdim edir: bəlkə də çoxları bilmir ki, dövlət başçısı Frank-Valter Ştaynmayer öz böyrəyinin birini xanımı Elke Büdenbenderə verib.
69 yaşlı prezidentlə 63 yaşlı birinci xanımın 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var.
Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.
Birinci xanım Elke Büdenbender 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib.
Donor onun əri olub. O zaman böyrəyinin birini xanımına bağışlayan Frank-Valter Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində də qalıb.
Həmçinin oxuyun
O zaman Frank-Valter Ştaynmayer xanımı üçün donor olmasını belə izah etmişdi: "Alternativin olmamasına və analizlərin nəticələrinə görə mən özüm böyrək donoru oldum". Siyasətçinin sözlərinə görə, cütlük donor böyrəyini gözləməmək qərarına gəlmişdi, çünki həkimlərin fikrincə, transplantasiya təcili lazım idi və bu proses gecikməməliydi.
2010-cu ilin oktyabrında Frank-Valter Ştaynmayer yenidən aktiv siyasi fəaliyyətə qayıdıb.
Birinci xanım Elke Büdenbender inzibati işlər üzrə hakimdir. O, mümkün qədər şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Maraqlıdır ki, Elke Büdenbender 1995-ci ildə Ştaynmayerlə evləndikdən sonra soyadını dəyişməyib. Şəxsi həyatını nə qədər diqqətdən kənarda saxlamağa çalışsa da, 2010-cu ilin yayında Elke Büdenbender istəmədən özünü ictimaiyyətin diqqət mərkəzində tapdı. O zaman böyrək çatışmazlığından əziyyət çəkirdi. Vəziyyət o qədər mürəkkəbləşdi ki, Elkenin yalnız iki yolu var idi: ya həyatının qalan hissəsi üçün həftədə bir neçə dəfə dializ müalicəsi qəbul etmək, ya da böyrək transplantasiyası. Bununla belə, uyğun bir orqan üçün orta gözləmə müddəti beş-yeddi il idi - Elkenin isə vaxtı yox idi. Donor məsələsində əri onun köməyinə çatdı.
Frank-Valter Ştaynmayerin hərəkətləri ona dərin ictimai hörmət qazandırdı. O, nə ilə məşğul olduğunu bilirdi: artıq bir neçə onilliklərdir ki, o, ölümündən sonra orqan donoru olmağa razılığını təsdiqləyən xüsusi kart daşıyır. Tələbəlik illərində Ştaynmayerin özü də oxşar vəziyyətlə üzləşmişdi: ağır infeksiyaya yoluxan gələcək siyasətçi görmə qabiliyyətini itirə bilərdi və yalnız riskli buynuz qişasının transplantasiyası sayəsində bundan xilas olması mümkün idi. O zaman onun gözünü əməliyyat etdilər.
Frank-Valter Ştaynmayer 19 mart 2017-ci ildə Almaniya prezidenti seçilib. Bundan öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləyib, 2007-2009-cu illər isə vitse-kansler olub. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.